AZ

Oğuzda qanunsuz kömür quyuları aşkarlandı - FOTO

Oğuz rayonunda polis əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, tədbirlər zamanı rayonun Şirvanlı və Tayıflı kəndləri ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.

Qeyd edilən icazəsiz fəaliyyətlə məşğul olan 4 nəfər barəsində toplanmış material qərar qəbul edilməsi üçün aidiyyəti üzrə göndərilib. Kömür quyularının isə fəaliyyəti dayandırılıb.

Seçilən
34
8
unikal.az

10Mənbələr