AZ

Saşa İliç "Zaqatala" üzərində qələbəni şərh etdi

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində "Zaqatala"nı 3:0 hesabı ilə məğlub edən "Sumqayıt"ın baş məşqçisi Saşa İliç qələbəni şərh edib.

Fanat.Az xəbər verir ki, serbiyalı mütəxəssis fikirlərini "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətinə bölüşüb:

"Maraqlı görüş oldu. Əsas məqsədimiz daha az forma şansı qazanan futbolçuları oynatmaq idi. Xüsusilə ilk hissədə 2:0 önə keçdikdən sonra oyunun nəzarətini əlimizdə saxlamağa və zədələrdən qaçmağa çalışdıq. İkinci hissədə isə dəyişikliklər edərək digər oyunçulara tonusda qalmaları üçün şans yaratdıq. Hesab 3:0 olsa da, asan qələbə qazandığımızı düşünmürəm. Lakin istənilən halda növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik. "Zaqatala"ya növbəti oyunlarda uğurlar arzu edirik".

Qeyd edək ki, "Sumqayıt" 1/8 finalda I Liqa təmsilçisi "Difai" ilə qarşılaşacaq.

Seçilən
2
9
fanat.az

10Mənbələr