AZ

Azərbaycan və Belarus Baş nazirlərinin müavinləri Ağdamda 2-ci yaşayış kompleksində tikinti işləri ilə tanış olublar (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındaiqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanınhəmsədrləri Azərbaycan tərəfdən Baş nazirin müavini Samir Şərifov,Belarus tərəfdən Baş nazirin müavini Natalya Petkeviç rəhbərliketdikləri nümayəndə heyəti ilə Ağdam şəhərində inşası davam edən2-ci yaşayış kompleksinə baxış keçiriblər.

Trendxəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, şəhərin təsdiq edilmiş Baş Planına uyğun olaraqAğdamın mərkəzi küçəsində salınan kompleksin ümumi sahəsi təxminən14 hektardır.

Layihə çərçivəsində 1 268 mənzilli çoxmənzilli yaşayış binalarıinşa olunur.Kompleksin ərazisinin böyük hissəsi yaşıllıq zonasıolacaq. Binaların memarlıq həllində müasir yanaşmalarla yanaşı,milli naxış elementlərindən də istifadə edilir. Layihə çərçivəsindəsakinlərin rahatlığı üçün zəruri infrastruktur obyektlərininyaradılması nəzərdə tutulur.

Baxış zamanı qonaqlara görülən işlərin gedişi, mərhələli icraqrafiki və kompleksin istifadəyə verildikdən sonra formalaşacaqşəhər mühitinin əsas xüsusiyyətləri barədə ətraflı məlumatverilib.

Azərbaycan
Azərbaycan
Məqalədə:
Seçilən
32
6
az.trend.az

7Mənbələr