Bakı. Trend:
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun BayramovOman Sultanlığına rəsmi səfəri çərçivəsində Oman Dövlət Şurasınınsədri Şeyx Əbdülməlik Al Xəlili ilə görüşüb.
Bu barədə Trend-ə Xariciİşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı tərəflər Azərbaycan və Oman arasında dostluq vəqarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafından məmnunluqifadə edib, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən,iqtisadi, ticarət, enerji və humanitar sahələrdə genişləndirilməsiimkanlarını müzakirə ediblər.
Ölkələrimiz arasında Parlamentlərarası əməkdaşlıq əlaqələrinininkişafı məmnunluqla qeyd edilib, hər iki Parlamentdə dostluqqruplarının yaradılmasının münasibətlərin inkişafı istiqamətindəmühüm addım olduğu vurğulanıb.
Görüşdə Azərbaycan ilə Oman arasında münasibətlərin inkişafındaikitərəfli siyasi təmasların mühüm rolu vurğulanıb.
Omanda Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının iki ölkəarasında əməkdaşlığın daha da genişlənməsinə və əlaqələrindərinləşməsinə yeni imkanlar yaratdığı qeyd olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən 2026-cı ildə Bakıdakeçiriləcək İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşü vəÜmumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) evsahibliyinin əhəmiyyətinə toxunaraq, bu tədbirlərin dialoq,həmrəylik və dayanıqlı inkişaf prinsiplərinin təşviqi baxımındanyeni əməkdaşlıq imkanları yaradacağını bildirib.
Görüş zamanı, həmçinin regional və beynəlxalq məs
 
                        