AZ

​Suriya hökuməti Kosovonu tanıdı

ain.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriya hökuməti Kosovonu rəsmi olaraq tanıdığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Ər-Riyadda Suriya, Səudiyyə Ərəbistanı və Kosovo diplomatları arasında üçtərəfli görüş keçirilib. Suriyanın Xarici İşlər və Qürbətçilər Nazirliyinin məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin gücləndirilməsi, konsulluq fəaliyyətlərinin təşkili və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Açıqlamada Suriyanın qarşılıqlı hörmətə əsaslanan, hər iki xalqın maraqlarına xidmət edən və Balkanların və dünyanın təhlükəsizliyinə töhfə vermək istəyən ikitərəfli münasibətlər qurmağa hazır olduğu vurğulanıb. Kosovo Prezidenti Vjosa Osmani Suriya hökumətinə ölkəsini tanıdığına görə təşəkkür edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
1
metbuat.az

2Mənbələr