Keçmiş “Aston Villa” rəhbəri Keyt Vayness sensasion iddia ilə çıxış edib.

Offsideplus.az xəbər verir ki, o, “Mançester Siti”nin hücumçusu Erlinq Haalandın mövsümün sonunda klubdan ayrıla biləcəyini bildirib:

“Düşünürəm ki, Erling Haaland bu mövsümün sonunda gedə bilər.”

Vayness, həmçinin, Vinisius Juniorun Səudiyyə Ərəbistanına transferi barədə yayılan xəbərlərə də toxunub:

“Hazırda Vinisius Juniorun Səudiyyə Ərəbistanına keçidi ilə bağlı çox danışılır. Braziliyalı futbolçu üçün 200 milyon avroluq təklif "Real Madrid"ə Haaland üçün addım atmaq imkanı yarada bilər.”


Qeyd edək ki, Vinisiusun son hadisədən sonra klubdan ayrılmaq ehtimalı çoxalıb.