AZ

Medvedev: “Poseydon” Belçika kimi ölkəni məhv edə bilər

BAKI, 30 oktyabr. TELEQRAF

Nüvə enerjisi ilə işləyən “Poseydon” sualtı qayığı Belçikada sınaqdan keçirilərsə, bütün ölkə yox ola bilər.

Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "X" platformasında “Poseydon”un sınaqları ilə bağlı şərhə cavab verərkən bildirib.

Bildirilir ki, bir istifadəçi “Poseydon”un işə salınmasının daha çox sınağa ehtiyacı olduğunu yazaraq sınaq məqsədilə “Belçikadan istifadə etmək” təklif edib.Medvedev isə bu təklifə ingilis dilində qısa cavab verib.

"O zaman Belçika yox olacaq" - o yazıb.

Seçilən
40
7
teleqraf.com

8Mənbələr