ABŞ prezidenti Donald Trampın administrasiyası səkkiz aylıq fasilədən sonra Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük haqları üzrə 25 milyon dollarlıq borcunu gizli şəkildə ödəyib, – Financial Times yazır.
Nəşr ÜTT əməkdaşlarına göndərilən məktubla tanış olub. Məktubda ABŞ-ın artıq “inzibati tədbirlərin təsir dairəsindən çıxdığı” bildirilir.
Ağ Evin nümayəndəsi ödənişi təsdiqləsə də, dəqiq məbləği açıqlamayıb.
Vaşinqton bundan əvvəl beynəlxalq təşkilatların, o cümlədən ÜTT və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) maliyyələşdirilməsi ilə bağlı öhdəliklərini yenidən nəzərdən keçirmiş və ödənişləri dondurmuşdu.
ÜTT martda ABŞ-ı 2024-cü ilin üzvlük haqlarını ödəmədiyinə görə “inzibati tədbirlər” siyahısına daxil etmişdi. Təşkilatın illik hesabatına əsasən, söhbət 25,7 milyon dollardan gedirdi.
N.Təbrizli