AZ

Lənkəranda KÜTLƏVİ DAVA: iki dostu döyən qazilər TUTULDU

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Lənkəran şəhəri ərazisində bir qrup şəxs sərxoş vəziyyətdə şəxsi zəmində xuliqanlıq hərəkətləri törədərək iki nəfəri döyüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, oktyabrın 28-də gecə saatlarında Hirkan qəsəbə sakini 32 yaşlı Alim Şükürzadə, Lənkəran şəhər sakini 29 yaşlı Cəbrayıl Şirməmmədovu zorla avtomobilə əyləşdirərək Sütəmurdov kəndinə aparıb.

Orada A.Şükürzadə dostları 36 yaşlı Elvin Quluzadə və 35 yaşlı Elşad Məmmədovla birlikdə C.Şirməmmədovu döyərək xəsarət yetiriblər. Daha sonra həmin yerə gəlmiş C.Şirməmmədovun 30 yaşlı dostu da A.Şükürzadə tərəfindən döyülüb.

Hadisə ilə əlaqədar A.Şükürzadə, E.Məmmədov və E.Quluzadə polis tərəfindən saxlanılıb. Onlar sərxoş vəziyyətdə olublar. 

Qeyd edək ki, saxlanılan şəxslər 2-ci Qarabağ müharibəsi iştirakçılarıdır.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
43
lent.az

10Mənbələr