AZ

Lənkəranda sərxoş qrup iki nəfəri döyüb

Bakı. Trend:

Lənkəran şəhəri ərazisində bir qrup şəxs sərxoş vəziyyətdə şəxsizəmində xuliqanlıq hərəkətləri törədərək iki nəfəri döyüb.

Trend xəbərverir ki, oktyabrın 28-də gecə saatlarında Hirkan qəsəbə sakini,1993-cü il təvəllüdlü Alim Şükürzadə Lənkəran şəhər sakini, 1996-cıil təvəllüdlü Cəbrayıl Şirməmmədovu zorla avtomobilə əyləşdirərəkSütəmurdov kəndinə aparıb.

Orada A.Şükürzadə dostları — 1989-cu il təvəllüdlü ElvinQuluzadə və 1990-cı il təvəllüdlü Elşad Məmmədovla birlikdəC.Şirməmmədovu döyərək ona xəsarət yetiriblər. Daha sonra həminyerə gəlmiş C.Şirməmmədovun 1995-ci il təvəllüdlü dostu daA.Şükürzadə tərəfindən döyülüb.

Hadisə ilə əlaqədar A.Şükürzadə, E.Məmmədov və E.Quluzadə polistərəfindən saxlanılıb. Onlar sərxoş vəziyyətdə olublar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayətişi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Seçilən
15
43
az.trend.az

10Mənbələr