Ağstafa 30 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Ağstafa rayonunda 4 nəfərin yaralanması ilə nəticələnən avtomobil qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb və yolun kənarındakı dirəyə çırpılıb.
Qəza zamanı xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
 
                        