AZ

Bu il neçə attraksionun fəaliyyəti yoxlanılıb? - AÇIQLAMA

Bakı.Trend:

Fövəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin TəhlükəsizGörülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən cariilin ötən dövrü ərzində Bakı şəhərində 44 obyektdə ümumilikdə 127attraksionun fəaliyyəti yoxlanılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq FHN-dənbildirilib.

Qeyd edilib ki, yoxlanılan obyektlərdə 118 bənddən ibarət qüsuraktı tərib olunaraq qüsurların aradan qaldırılması üçün müvafiqtapşırıqlar verilib.

“Park və əyləncə məkanlarında atraksionların texniki vəziyyətimütəmadi olaraq yoxlanılır. Əsas məqsəd insanların təhlükəsizliyiniqorumaq və qurğuların qaydalara uyğun işləməsini təmin etməkdir.Hər bir attraksion ildə ən azı bir dəfə texniki baxışdan keçirilirvə yalnız lisenziya alındıqdan sonra fəaliyyət göstərəbilər”,-qurumdan əlavə olunub.

Həmçinin bildirilib ki, lisenziya İqtisadiyyat Nazirliyitərəfindən, Fövqəladə Hallar Nazirliyinin rəyi əsasındaverilir.

Məqalədə:
Seçilən
3
2
az.trend.az

3Mənbələr