ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda satış üçün nəzərdə tutulan avtomobillərin ictimai parklanma yerində saxlanması sürücülərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.
Ağ Şəhərdə parklanma yerini zəbt edən obyekt sahibinə XƏBƏRDARLIQ OLUNDU
Yayılan videogörüntülərdə 1-ci Yaşıl Ada küçəsində, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus parklanma ərazisinin yaxınlıqdakı avtomobillərin satışı ilə məşğul olan salon tərəfindən zəbt edildiyi bildirilir.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, artıq əraziyə baxış keçirilib.
"Obyekt sahibinə ciddi xəbərdarlıq edilib, bu kimi halların yolverilməz olduğu bildirilib. AYNA tərəfindən parklanma ərazilərində mütəmadi monitorinqlər davam etdirilir", - deyə T.Orucov bildirib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, artıq ictimai parklanma yerində saxlanılan avtomobillər ərazidən götürülüb.
Əzizə İsmayılova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.