AZ

Azərbaycanla Misir arasında pul nişanlarının istehsalı müzakirə edildi

BAKI, 30 oktyabr. TELEQRAF

Azərbaycan Mərkəzi Bankı və Misir Mərkəzi Bankı arasında pul nişanlarının istehsalı haqqında fikir mübadiləsi aparılıb.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, AMB-nin baş direktoru Rəşad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Misir Mərkəzi Bankında işgüzar səfərdə olub.

Səfər çərçivəsində Mərkəzi Bankı ilə Misir Mərkəzi Bankı arasında nağd pul tədavülünün təşkili və idarə edilməsi, pul nişanlarının istehsalı və nağd pulla əməliyyatların avtomatlaşması sahəsində qarşılıqlı məlumat mübadiləsi və birgə məsləhətləşmələr aparılıb.

Seçilən
21
3
teleqraf.com

4Mənbələr