ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüşdən sonra iki ölkə arasında “tarixi razılaşmaların” əldə olunduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, Çin tərəfi ABŞ-ın kənd təsərrüfatı məhsullarını – soya, sorqo və digər məhsulları – iri həcmdə almağa razılaşıb. Bundan əlavə, Pekin ABŞ-a nadir torpaq elementləri və strateji mineralların tədarükünü davam etdirməyi öhdəsinə götürüb.
“Bu razılaşmalar milyonlarla amerikalıya rifah və təhlükəsizlik gətirəcək,” – deyə Tramp vurğulayıb.
Razılaşmanın bir hissəsi kimi Çin həmçinin fentanil tədarükü böhranına qarşı mübarizədə ABŞ-la əməkdaşlıq edəcək və Alyaskadan neft və qaz alışı üzrə böyük enerji sazişi imkanlarını nəzərdən keçirəcək.
Musavat.com
 
                        