AZ

Azərbaycanın meyvə-tərəvəzi Qazaxıstana “yaşıl dəhliz”lə daşınacaq –

Azərbaycan və Qazaxıstan bir-birinə meyvə-tərəvəzi “yaşıl dəhliz”lə daşıyacaq.

Bunu  Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Ayjan Bijanova bildirib.

Onun sözlərinə görə, ölkəsi Azərbaycandan kənd təsərrüfatı məhsulları idxalını artırmaq istəyir: “Bizim mövsümlərarası dövrdə meyvə-tərəvəzə böyük ehtiyacımız olur. Buna görə gömrük orqanlarımız arasında “yaşıl dəhliz” açırıq. Bu dəhliz vasitəsilə meyvə-tərəvəz Azərbaycandan Qazaxıstana maneəsiz daşınacaq. Həm daxili bazarımız təmin olunacaq, həm də məhsulların bir hissəsini emal edib Avropa İttifaqına, Çinə, Rusiyaya ixrac etməyi planlaşdırırıq,” – deyə nazir müavini vurğulayıb.

MənbəREPORT
Seçilən
13
3
banker.az

4Mənbələr