
Kiyev Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, hazırlanmaqda olan yeni sanksiyalar xüsusilə Rusiyanın hərbi istehsalını və mediasını hədəf alacaq.
Müvafiq fərmanlar yaxın vaxtlarda qəbul ediləcək.