Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 9-cu turu çərçivəsində Tirana “Dinamo”su ilə qarşılaşıb.
“Partizani” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün 70-ci dəqiqəsində əvəzlənib.
“Partizani” 9 turdan sonra 8 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 8-ci pillədə qərarlaşıb. Sözügedən komanda 9 oyunda 2 qələbə qazanıb, 2 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna bu ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 8 oyuna çıxıb, 2 qola imza atıb.
Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

