AZ

Erlinq Haland Çempionlar Liqasında daha 2 rekorda imza atdı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin “Borussiya” ilə ev oyunu “Mançester Siti”nin hücumçusu Erlinq Haland üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Almaniya və İngiltərə klubları arasında ötən gecə baş tutmuş ÇL-in Liqa mərhələsinin 4-cü turunun oyunu “şəhərlilər”in 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Haland bu oyunda fərqlənməklə UEFA Çempionlar Liqası tarixində üç fərqli komandada ardıcıl beş oyunda qol vurmuş ilk oyunçuya çevrilib. Norveçli forvard qol seriyasını beş oyuna çatdırıb.

Xatırladaq ki, ulduz hücumçu əvvəllər “Borussiya” (2020/21) və “Zalsburq”da (2019/2020) da oxşar uğurlara imza atıb.

Norveçli futbolçu həm də Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldonun rekordunu təkrarlayıb. Hücumçu UEFA Çempionlar Liqasında üç mövsümdə (daha əvvəl 2019/2020 və 2020/2021 mövsümlərində) ilk dörd turda fərqlənən ikinci oyunçudur. Ronaldo 2013/2014, 2017/2018 və 2021/2022 mövsümlərində bunu reallaşdırmışdı

Erlinq Haland 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Onun klubla müqaviləsi 2034-cü ilə qədərdir. Futbolçu bu mövsüm 18 oyun keçirib, 21 qol vurub və 2 məhsuldar ötürmə edib. Halandın MS karyerası bütövlükdə 160 oyun, 142 qol və 22 assistdən ibarətdir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
5
3
arena.az

10Mənbələr