AZ

Con Heytinqa “Qarabağ”ın rəqibindən qovuldu - ARENA.AZ

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) “Qarabağ”ın rəqiblərindən olan “Ayaks” baş məşqçisi Con Heytinqa ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Onun sözləşməsi 2027-ci ildə başa çatacaqdı.

Çalışdırıcının komandadan göndərilməsinin səbəbi uğursuz nəticələr olub. Amsterdam təmsilçisi son olaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində ötən gecə doğma meydanda “Qalatasaray”a (Türkiyə) 0:3 hesabı ilə uduzub.

Con Heytinqa bu ilin yayında “Ayaks”a baş məşqçi təyin edilmişdi. Amsterdam təmsilçisi 41 yaşlı mütəxəssisin rəhbərliyi altında cəmi 15 oyun keçirib, 5 qələbə, 5 heç-heçə, 5 məğlubiyyət görüb.

Qeyd edək ki, “Ayaks” Niderland çempionatında 20 xalla dördüncü pillədə qərarlaşıb. UEFA Çempionlar Liqasında isə bu komanda 0 xalla sonuncu – 36-cı yerdə qərarlaşıb.

“Qarabağ”la Niderland nəhəngi arasındakı görüş dekabrın 10-da Bakıda baş tutacaq. Bu oyuna saat 21:45-də start veriləcək.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
10
23
arena.az

10Mənbələr