“Qarabağ”ın UEFA Çempionlar Liqasında ötən gecə Bakıda “Çelsi” ilə heç-heçəsinə məşhur türkiyəli müğənni Mahsun Kırmızıgül da reaksiya verib.
Arena.az xəbər verir ki, tanınmış sənətçi sosial şəbəkə hesabındakı paylaşımında “Qarabağ”ın Çempionlar Liqasında dastan yazmağa davam etdiyini vurğulayıb:
“Kiçik büdcə ilə böyük xəyallar quranların gecəsi. Halal olsun, Qarabağ! Çempionlar Liqasında dastan yazmağa davam”, deyə Mahsun Kırmızıgül qeyd edib.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk iki turunda “Benfika”ya (Portuqaliya) 3:2, “Kopenhagen”ə (Danimarka) 2:0 hesabıyla qalib gəlmiş “Qarabağ” 3-cü turda İspaniyanın “Atletik” (Bilbao) komandasına 1:3 hesabıyla uduzub. Ötən gecə isə İngiltərə nəhəngi “Çelsi” ilə ev oyunundan 2:2 hesablı heç-heçə ilə ayrılmış Azərbaycan çempionu bir daha özündən söz etdirib.

