AZ

"Bunu yanlış istiqamətdə atılmış addım hesab edirik”

Avropa Komissiyası (AK) ABŞ-nin nüvə sınaqlarını bərpa etmək niyyətini şərh etməkdən imtina edir, eyni zamanda Rusiyanın yeni silah sınaqlarını “yanlış istiqamətdə atılmış addım” hesab edir. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Avropa Komissiyasının nümayəndəsi Anita Hipper bildirib.

“ABŞ-nin açıqlamaları ilə bağlı şərh vermək həmin ölkənin hakimiyyətinə aiddir. Rusiya ilə bağlı isə biz bunu yanlış istiqamətdə atılmış addım hesab edirik”, – deyə Hipper bildirib. 

O əlavə edib ki, Avropa Komissiyası Rusiyanı Avropa İttifaqı üçün “təhlükəsizlik təhdidi” kimi qiymətləndirir.

Hipperin sözlərinə görə, Brüsselin mövqeyinə görə, bütün ölkələr nüvə yayılmama prinsiplərinə riayət etməlidirlər.

Seçilən
8
1
operativmm.az

2Mənbələr