AZ

ABŞ və Çin yeni ticarət sazişini imzalamağahazırlaşır

ABŞ və Çin ticarət sazişinin hazırlanmasını yekunlaşdırıb. Sənədin imzalanması gələn həftə planlaşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox Business" telekanalına açıqlamasında məlumat verib.

Nazirin sözlərinə görə, “Kuala-Lumpur sazişi” adlandırılan razılaşma üzərində iş artıq başa çatıb. Müqavilənin əsas hissəsini Çinin ABŞ-dən geniş miqyasda kənd təsərrüfatı məhsulları alması təşkil edəcək.

“Bunu ilk dəfə sizin efirinizdə açıqlayıram: söhbət Pekinin bu saziş çərçivəsində həyata keçirməyi planlaşdırdığı nəhəng kənd təsərrüfatı məhsulu alışlarından gedir”, – deyə Bessent bildirib.

O, əldə olunan razılaşmanın dünyanın iki ən böyük iqtisadiyyatı arasında əlaqələri daha da möhkəmləndirəcəyini vurğulayıb.

Nuriyyə NATİQQIZI

Seçilən
14
1
redaktor.az

2Mənbələr