AZ

"Hələ bir müddət bu cür təxribatların şahidi olacağıq" - Politoloq

Dünən İsrail ordusu atəşkəs rejiminə baxmayaraq yenidən Qəzza zolağına hücum edib. Bu isə bir çox suallar doğurur: Atəşkəs elan olunduğu halda bu cür hücumlar nəyə görə baş verir?

Görəsən, bu hadisələr atəşkəsin uzunmüddətli sülhə çevrilməyəcəyindən xəbər verir?

Mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bildirən politoloq Murad Sadəddinov vurğuladı ki, sülh həmişə mümkündür:

"Amma İsrail-Fələstin münaqişəsi o qədər dərin və uzunmüddətlidir ki, onun qısa zamanda sülh istiqamətində həll olunması, - baxmayaraq ki, bu proseslə çoxsaylı qüvvələr, o cümlədən Amerika Birləşmiş Ştatlarının prezidenti də məşğuldur, - olduqca çətindir və vaxt tələb edir. Bu səbəbdən proses ərzində atəşkəsin pozulması halları da olacaq, hər iki tərəfdən müxtəlif təxribatlar baş verəcək. Çünki sülhün bərqərar olmasını istəməyən qüvvələr həm İsrail-HƏMAS daxilində, həm də xaricdə mövcuddur. Buna görə də hələ bir müddət bu cür təxribatlar və hadisələrin şahidi olacağıq. Amma ümid heç vaxt itmir. Gələcəkdə, gec-tez bu münaqişənin də sülh yolu ilə sona çatdığını görəcəyimizə inanmaq olar".

Nuriyyə NATİQQIZI

Seçilən
11
1
redaktor.az

2Mənbələr