AZ

“20 Yanvar”da taksi XAOSU: Polis hərəkətə keçdi

Bakının Nəsimi rayonunda taksi sürücülərinin qaydaları pozması ilə əlaqədar tədbirlər görülür.

KONKRET.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Oxu.Az-a bildirib ki, Bakının Nəsimi rayonunda, metronun “20 Yanvar” stansiyası ətrafında baş verən xaos və sakinləri narahat edən hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür.

“Dövlət Yol Polisi əməkdaşları və Post Patrul Xidmətinin naryad qrupları ərazidə fəaliyyət göstərən bəzi taksi sürücülərinin sərnişin götürmək məqsədilə dayanma-durma qaydalarını pozduqlarını və hərəkət intensivliyinə mane olan digər halları müəyyən edərək, bunun qarşısının alınması istiqamətində tədbirlər görür.

Ərazidəki qayda pozuntularının aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən nəzarət gücləndirilib”, – deyə E.İbrahimov bildirib.

Seçilən
17
3
konkret.az

4Mənbələr