AZ

Minik maşını mopedlə toqquşdu - Yaralanan var

Gəncədə minik maşını mopedlə toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını mopedlə toqquşub. Qəza zamanı mopedin sürücüsü 2008-ci il  təvəllüdlü A.Quliyev xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov 

Seçilən
5
2
unikal.az

3Mənbələr