AZ

Şirvanda ağır qəza, ölən və yaralılar var

Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

KONKRET.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Şəhər ərazisində KIA və VAZ markalı nəqliyyat vasitələri toqquşub. VAZ-ın sürücüsü Miri Abbasov hadisə yerində ölüb, avtomobildə olan sərnişin, eləcə də digər nəqliyyat vasitəsinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır.

Seçilən
18
1
konkret.az

10Mənbələr