BAKI, 30 oktyabr. TELEQRAF
Bu ayın əvvəlində Kaliforniya Dövlət Muzeyindən 1000-dən çox tarixi əsər oğurlanıb.
Teleqraf "NBC News"a istinadən xəbər verir ki, bu barədə Oklend Polis Departamenti məlumat yayıb.
Oğurluq oktyabrın 15-də Kaliforniyanın Oklend şəhərindəki Oklend Muzeyində baş verib.
Şübhəlilər muzeyin ərazisinə daxil olaraq muzeyin kolleksiyasından yerli sakinlərə məxsus toxunmuş səbətlər, zərgərlik məmulatları da daxil olmaqla 1000-dən çox əşyanı oğurlayıblar.
"Bu oğurluq ictimaiyyəti dövlətimizin mədəni irsindən məhrum edən həyasız bir hərəkətdir. Bu əşyaların əksəriyyəti səxavətli donorlar tərəfindən muzeyə bağışlanmışdı" - deyə, muzeyin icraçı direktoru qeyd edib.
Oğurlanmış artefaktların dəyərini açıqlanmayıb. Oğruların tapılması üçün polis və FTB əməliyyat-axtarış tədbirlərini davam etdirir.
.jpg) 
                        