Astana, 31 oktyabr, AZƏRTAC
Bu gün Qazaxıstanın Semey və Aktobe şəhərlərində antiterror təlimlər keçiriləcək.
AZƏRTAC Qazaxıstanın Antiterror Mərkəzinə istinadən xəbər verir ki, təlimlərdə özəl sektorda və terrorla bağlı həssas obyektlərdə müxtəlif ssenarilərə uyğun sürətli reaksiyavermə məsələləri məşq ediləcək.
Bu məqsədlə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması da daxil olmaqla, müəyyən tədbirlər nəzərdə tutulub.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana