AZ

Dünyanın ən hündür kilsə qülləsi açıqlanıb

Bakı. Trend:

Barselonadakı Saqrada Familia kilsəsinin mərkəzi qülləsi Ulmdəkiməşhur Münster kilsəsini geridə qoyaraq dünyanın ən hündür kilsəqülləsi adını qazanıb.

Trend xəbər verir ki, SaqradaFamilia kilsəsində inşaatın son mərhələsində mərkəzi qülləyə xaçınilk hissəsinin quraşdırılması ilə yeni rekord qeydə alınıb. İsaMəsihə həsr olunmuş mərkəzi qüllənin hündürlüyü xaç hissəsininaşağı hissəsinin əlavə edilməsi ilə 162,91 metrə çatıb və bununlaUlm Münsterini geridə qoyub. Tikintinin 2026-cı ildə başa çatmasıilə bazilikanın ümumi hündürlüyü 172,5 metr olacaq. İnşası 1890-cıildə tamamlanmış Ulm Münster kilsə qülləsinin hündürlüyü isə 161,53metrdir.

Qeyd edək ki, çəkisi 24 ton, uzunluğu 7,25 metr olan xaçınkonstruksiyası Bavariyada hazırlanıb. Tamamlandıqdan sonra onunhündürlüyü 17, eni 13,5 metr olacaq.

Əfsanəvi memar Antoni Qaudinin özünəməxsus yaradıcılığını əksetdirən Saqrada Familianın rəsmi açılışı gələn il iyunun 10-da –onun ölümünün 100-cü ildönümündə olacaq. Kilsənin tikintisinin tambaşa çatması isə 2030-cu illərdə nəzərdə tutulur.

Seçilən
13
3
az.trend.az

4Mənbələr