ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Yamaykada "Melissa" qasırğası 19 nəfərin ölümünə səbəb olub. Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə ölkə səlahiyyətliləri açıqlama yayıb: "Adanın Qərb istiqamətində ölənlərin sayı 19-dur”. Haiti səlahiyyətliləri isə ən azı 30 nəfərin öldüyünü bildirib.
Qeyd edək ki, Yamaykanı ağuşuna alan “Melissa” qasırğası son 90 ildə quruya çatan ən güclü qasırğadır. “Saffir-Simpson” şkalası üzrə ən yüksək, küləklərin sürəti təxminən 300 km/saat olan kateqoriya daxil olan öldürücü təbiət hadisəsidir.
Aydın Baxış
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
 
                        