BAKI, 31 oktyabr. TELEQRAF
"Instagram" istifadəçilərin "Reels" və "Kəşf et" bölmələrində göstərilən məzmunu şəxsi maraqlarına uyğun tənzimləyə biləcəyi yeni funksiya üzərində işləyir.
Teleqraf xəbər verir ki, bu barədə şirkətin rəhbəri Adam Mosseri bildirib.
Onun sözlərinə görə, bu yenilik əvvəlcə "Reels" bölməsində sınaqdan keçiriləcək, daha sonra "Kəşf et" səhifəsinə də əlavə olunacaq.
Yeni ayar vasitəsilə istifadəçilər maraqlandıqları mövzuları seçə, istəmədikləri məzmun növlərini isə gizlədə biləcəklər.
Mosserinin bildirib ki, məqsəd istifadəçilərə “daha maraqlı və mənalı təcrübə” təqdim etməkdir.
Funksiyanın qlobal istifadəyə nə vaxt veriləcəyi hələ açıqlanmayıb.
 
                        