Türkiyədə - Balıkesirin Sındırgı rayonunda 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
"Cebheinfo.az" xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Sındırgı rayonu olub. Sarsıntı saat 07:18-də baş verib və 12,9 kilometr dərinlikdə qeydə alınıb.
Xatırladaq ki, oktyabrın 28-də Balıkesirdə 6,1 bal gücündə zəlzələ olmuş, bir sıra dağıntılar qeydə alınmışdı.
"Cebheinfo.az"
 
                        