Xaçmaz rayonunun Çaykənarı kəndində qətl hadisəsi olub.

Leqal.info xəbər verir ki, kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədova Həqiqət Tərlan qızı oğlu tərəfindən bıçaqlanıb.

Müxtəlif xəsarətlər alan qadın Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Qətli törədən yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info