AZ

Azərbaycan-Britaniya Biznes Şurası təsis edilib

Bakı. Trend:

30 oktyabr tarixində Azərbaycanın Böyük Britaniyadakısəfirliyində “Azərbaycanın Suveren Kredit Reytinqi
və İqtisadi Perspektivləri: Qafqazın və Mərkəzi Asiyanın RegionalPotensialının Aşkarlanması” mövzusunda tədbir keçirilib.

Trend səfirliyəistinadən xəbər verir ki, tədbirdə Britaniyanın aparıcışirkətlərində çalışan azərbaycanlı və xarici mütəxəssislər, City ofLondon Korporasiyasının, dövlət qurumlarının nümayəndələri,iqtisadi sahə üzrə ekspertlər iştirak ediblər.

Tədbirin moderatoru qismində “Oliver Wyman” şirkətinin tərəfdaşıvə Azərbaycan üzrə rəhbəri Camal İsmayılov çıxış edib. O, cari ildəAzərbaycanın iqtisadi inkişaf yolunda mühüm nailiyyət əldə etdiyinivurğulayıb. Belə ki, “Moody’s” beynəlxalq reytinq agentliyitərəfindən Azərbaycan Respublikasının suveren kredit reytinqigöstəricisinin “Ba1 səviyyəsindən “Baa3” investisiya səviyyəsinəyüksəldilib. Xüsusilə son on il ərzində Azərbaycan hökumətininiqtisadi sahədə aydın və məqsədyönlü strategiya həyata keçirdiyini,ölkənin iqtisadi dayanıqlığının gücləndirdiyini və uzunmüddətlirəqabət qabiliyyətinin artırdığını söyləyib. “Moody’s”təşkilatının, eləcə də də digər reytinq agentliklərininAzərbaycanla bağlı müsbət qərarının ölkədə aparılan iqtisadiislahatlara göstərilən böyük etimadın nəticəsi olduğunu söyləyib.Camal İsmayılov qeyd edib ki, bu nailiyyət Azərbaycanı daha daruhlandırmalı, institusional islahatları dərinləşdirməyə, özəlsektoru genişləndirməyə və Birləşmiş Krallıq da daxil olmaqla,dünyadakı tərəfdaşlarla iqtisadi əlaqələri möhkəmləndirməyə sövqetməlidir.

Panel müzakirə zamanı “Moody's” Kredit Agentliyinin VitsePrezidenti Daniela Re Frasçini və “Oppenheimer & Co” İnvestisiyaBankının Aparıcı Analitiki Gabin Levy çıxış edib.

Çıxışlar zamanı Azərbaycanın suveren kredit reytinqi və iqtisadidayanıqlılığı barədə məlumat verilib. “Moody’s” kredit agentliyininAzərbaycanla bağlı reytinq qərarını əsaslandıran ölkənin fiskalsiyasəti, makroiqtisadi göstəriciləri, neftdən asılılığınınazaldılması, iqtisadi şaxələndirmə səyləri, investor etimadı,institusional islahatlar, maliyyə imkanları eləcə də Cənubi Qafqazvə Mərkəzi Asiya regionunda Azərbaycanın nəqliyyat, logistika vəiqtisadi inteqrasiya nöqteyi nəzərindən strateji mövqeyi barədəfikirlərini bölüşüb. Mütəxəssislər xüsusilə 8 avqust Vaşinqtonsammitindən sonra Azərbaycan və Ermənistan arasında normallaşmaprosesinin ölkənin investisiya reytinqinin yüksəlməsinə əhəmiyyətlidərəcədə müsbət təsir göstərdiyini vurğulayıb.

Tədbir zamanı çıxış edən Azərbaycanın Britaniyadakı səfiri ElinSüleymanov bildirib ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər cənabPrezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilənuzaqgörən və müdrik siyasi, iqtisadi, sosial islahatlarınnəticəsidir. Səfir həmçinin Azərbaycanın və Ermənistan arasındailkin sülh razılaşmasının imzalanması və normallma prosesininyalnız iki ölkə üçün deyil ümumilikdə Cənubi Qafqaz və MərkəziAsiya regionu üçün yeni imkanlar açdığını diqqətə çatdırıb. Bununlaregional ticarət və nəqliyyat dəhlizlərinin daha effektivişləməsinə, enerji və logistika layihələrinin genişlənməsinə,həmçinin iqtisadi əməkdaşlıq və investisiya axınlarının artmasınaəlverişli şəraitin yaranacağını vurğulayıb.

Tədbirin yekununda Azərbaycan - Britaniya Biznes Şurasının təsisedildiyi elan olunub. Təşkilatın əsas məqsədi iki ölkə arasındaticarət və iqtisadi əlaqələri gücləndirmək, biznes subyektlərininbir-biri ilə əlaqə qurmasına dəstək vermək, ikitərəfli ticarətin,təcrübə və bilik mübadiləsini təşviq etmək, biznes icmasınınmaraqlarını müdafiə etmək və mədəni sahədə əlaqələrigücləndirməkdən ibarətdir.

Məqalədə:
Seçilən
5
11
az.trend.az

10Mənbələr