AZ

Energetik içkidə təhlükəli maddə aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan nəzarət tədbirləri zamanı “Orxan 011” MMC-nin Türkiyədən idxal etdiyi “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsinin istehsalı olan “Nitro Max” əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə olunan Sildenafil maddəsi aşkarlanıb.

AQTA-dan "Unikal"a verilən məlumata görə, faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Sildenafil maddəsi bəzi orqan və sistem xəstəliklərinin müalicəsində istifadə olunur. Həkim nəzarəti olmadığı halda insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlar törədə bilər. Sildenafilin qəbulu başağrıları, qızdırma və ürəkbulanmaya səbəb ola bilir. Bununla yanaşı, görmənin qəfil itirilməsi və ya bulanıq görmə, nəfəs darlığı, sinədə ağrı kimi simptomlarla müşayiət edilə bilər. İnsult və ya infarkt keçirmiş, ciddi ürək və ya qaraciyər problemi olan şəxslər üçün xüsusilə təhlükəli hesab edilir.

“Səhiyyə Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə təsdiq edilmiş “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”na daxil edilib. “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, dərman vasitələri qida məhsulları anlayışına aid edilmədiyindən, qida məhsulunun tərkibində istifadəsinə yol verilmir. Dərman vasitələri yalnız həkim nəzarəti altında qəbul edilməlidir”, - deyə məlumatda vurğulanıb.

Seçilən
15
11
unikal.az

10Mənbələr