"Araz-Naxçıvan"ın üzvü Felipe Santos Benin millisinin təlim-məşq toplanışına dəvət alıb.
Apasport.az xəbər verir ki, o, noyabrın 10-da yeni komandasının Kotonuda təşkil ediləcək hazırlıq prosesinə qoşulacaq.
Benin millisi bir neçə günlük hazırlıqdan sonra Mərakeşin Rabat şəhərinə səfər edəcək və yarımmüdafiəçi noyabrın 18-də Burkina Faso ilə orada keçiriləcək yoldaşlıq oyununda debüt edəcək.
Qeyd edək ki, braziliyalı futbolçuya bir müddət əvvəl Benin pasportu təqdim edilib.
Azərbaycanlı futbolçu istəyinə çatacaq: MİLLİDƏ DEBÜT EDƏ BİLƏR
Prins Ovusu “Qəbələ”nin tarixinə düşüb
Millimiz Banqladeşdə turnirə qatılacaq
“Neftçi”nin qarşılaşmasını bu hakim idarə edəcək
II Liqa: Üç turun oyun cədvəli açıqlanıb
 
                        