Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarına Sabunçu rayonu Kürdəxanı qəsəbəsində daşla ziyan vuran şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Bizim.Media-ya bildirib ki, əməli törədənlər 2010-cu il təvəllüdlü iki yeniyetmə valideynləri ilə Sabunçu Xətt Polis Şöbəsinə dəvət olunublar.
Onlar barəsində müvafiq qanunvericiliyə uyğun profilaktik məsuliyyət tədbirləri görülüb.
Bizim.Media
- Gecə Modu
 - Ana səhifə
 - Statistika
 - Mənbələr
 - Reytinq
 - Hava
 - Valyuta