AZ

Balakənin sabiq icra başçısı həbs edilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatda saxlanılan sabiq icra başçısı İslam Rzayev barəsində həbs qətimkan tədbiri seçilib.

APA xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə İ. Rzayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Seçilən
18
14
apa.az

10Mənbələr