Niderlandın “Feyenoord” klubunun müdafiəçisi Civayro Rid karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, 19 yaşlı futbolçunun transferi ilə “Bavariya” maraqlanır. Tərəflər artıq ilkin danışıqlara başlayıblar.
Ridin xidmətlərində həmçinin İngiltərə klublarının da maraqlı olduğu bildirilir. “Feyenoord”la müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədə olan müdafiəçinin bazar dəyəri 20 milyon avro təşkil edir.
Gənc futbolçu cari mövsümdə 12 oyunda meydana çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.