Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
NASA administratoru vəzifəsini icra edən və ABŞ Nəqliyyat Katibi Şon Daffi, realiti-şou ulduzu Kim Kardaşyanın Amerika astronavtlarının heç vaxt Aya enmədiyi iddiasını təkzib edərək, ABŞ-ın bunu altı dəfə etdiyini bildirib.
Bizimyol.info xəbər verir ki, "Keeping Up With the Kardashians" verilişinin son bölümündə Kardaşyan 1969-cu il Apollo 11 missiyasının həqiqiliyini şübhə altına alaraq: "Bundan sonra olar yəqin ki, mənim dəli olduğumu deyəcəklər, amma "TikTok"a daxil olun. Özünüz baxın. Ayda cazibə qüvvəsi yoxdur. Bayraq niyə dalğalanır?", - deyə qeyd edib.
Amerikanın "X" sosial media platformasında paylaşılan paylaşıma cavab olaraq Daffi yazıb: "Biz artıq Aya... altı dəfə enmişik!" O, əlavə edib ki, NASA-nın Artemis proqramı "Prezident Donald Trampın rəhbərliyi altında" astronavtları Ay səthinə göndərməyə hazırlaşır.
Daffi paylaşımını: "Biz son kosmik yarışda qalib gəldik və bu yarışda da qalib gələcəyik", sözləri ilə yekunlaşdırıb.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.