“Əl-Əhli” klubunun idman direktoru Səid Əbdül Hafiz “Liverpul”un futbolçusu Məhəmməd Salahın transferi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, “Goal” nəşri onuın dediklərini belə çatdırıb.
“Salah ərəb futbolunun simvoludur. O, bir neçə ay əvvəl ‘Liverpul’la müqaviləsini yenilədi. Onun adının ‘Əl-Əhli’ ilə hallanması yalnız medianın uydurmasıdır. Klubdan heç bir rəsmi şəxs bu barədə danışmayıb. Biz diqqətimizi öz komandamızın prioritetlərinə yönəltmişik”
Qeyd edək ki, 31 yaşlı futbolçu 2017-ci ildən “Liverpul”da çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.