AZ

“Biz heç bir halda uduza bilmərik” – Leonid Kuçma

“Müharibənin, hər halda, sona çatdığını göstərən bir çox əlamətlər var. Biz heç bir şəraitdə məğlub ola bilmərik”.

NOCOMMENT.az xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Leonid Kuçma “BBC News Україна” nəşrinə yazılı müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda onun üçün müharibə ilə bağlı “ümid” və “həyəcan” kimi iki əsas söz var.

“Ümid – çünki bir çox əlamətlər müharibənin, hər-halda, sona doğru getdiyinə ümid verir. Və həyəcan – çünki müharibə hələ bitməyib, mübarizə üçün isə lazım olan birlik hardasa “cat verir”. Hərçənd, cəmiyyət bütövlükdə birləşsə də, daxildə hansısa haqq-hesablar başlayır, siyasəi diskussiyalarda populist proseslər cərəyan edir, seçkilərdən söhbətlər gedir, artıq hakimiyyəti necə bölüşdürəcəkləri planlaşdırılır, gözlərini toppuza dikiblər. Əziz insanlar, erkəndir”, – deyə Kuçma əlavə edib.

Ukraynanın sahib olduğu “kartlara” gəlincə, Kuçma qeyd edib ki, çox şey əllərində olmayan və “üstəlik alınan” kartlardan asılıdır.

“Bu gün Rusiya iqtisadiyyatının nə vaxt çökəcəyini kim deyə bilər? Ukraynaya Qərbin hansı yardını olacaq? Donald Tramp yekunda özünü necə aparacaq? Bizim, sözün əsl mənasında, istedadlı və kreativ hərbi rəhbərlərimiz nə fikirləşib tapacaqlar? Yəni biz bütün kartları bilmirik. Bircə onu bilirəm ki, heç bir halda biz uduza bilmərik”, – Kuçma nəzərə çatdırıb.

Xatirə SADİQ

Seçilən
71
nocomment.az

1Mənbələr