Hindistanda Şrikakulam şəhərində məbədin yaxınlığında baş verən izdihamda azı 9 nəfər həlak olub.
Bakıvaxtı.az "İndia Today"ə istinadən xəbər verir ki , bu barədə Hindistan hökumətinin nümayəndələriməlumat yayıb.
Məlumata görə, Fədailər Ekadaşi günündə kilsədə təxminən 25 000 ibadətçi toplaşıb.
Baxmayaraq ki, kilsənin tutumu cəmi 2 000 nəfər olub. Yaranan izdiham isə 9 nəfərin ölməsinə səbəb olub.
Regional hakimiyyət orqanlarına zərərçəkənlərə tibbi yardım göstərmək tapşırılıb.
Faciəvi hadisə ilə bağlı araşdırma aparılacaq.
Gülşən Şərif