İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal sevgilisi Niki Nikol ilə ayrılıb.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
"Biz bir yerdə deyilik. Bu, xəyanət səbəbindən deyil. Mən ona xəyanət etməmişəm. Biz sadəcə ayrıldıq, vəssəlam", - deyə Yamal bildirib.
Xatırladaq ki, 2025-ci ilin sentyabrında Yamal dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatı səsverməsində yalnız PSJ-nin hücumçusu Usman Dembeledən geri qalaraq ikinci yeri tutub.
O, 2024/25 mövsümündə La Liqada "Barselona"nın heyətində 35 matç keçirib, doqquz qol vurub və 13 məhsuldar ötürmə edib, komanda ilə birlikdə İspaniya çempionluğunu və kubokunu qazanıb.
"Cebheinfo.az"