Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 10-cu turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
“Napoli” – “Komo” matçında qapılara qol vurulmayıb. Səfərdə “Udineze” ilə qarşılaşmış “Atalanta” turu xalsız başa vurub. “Kremoneze”nin qonağı olmuş “Yuventus” isə qələbəyə sevinib.
10-cu turun qalan görüşləri noyabrın 2-də və 3-də keçiriləcək.
İtaliya, A Seriyası
10-cu tur
1 noyabr
Napoli – Komo 0:0
Udineze – Atalanta 1:0
Qol: Zaniolo, 40.
Kremoneze – Yuventus 1:2
Qollar: Vardi, 83 – Kostiç, 2. Kambyazo, 68.
2 noyabr
15:30. Verona – İnter
18:00. Fiorentina – Leççe
18:00. Torino – Piza
21:00. Parma – Bolonya
23:45. Milan – Roma
3 noyabr
21:30. Sassuolo – Cenoa
23:45. Latsio – Kalyari
Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
                        
