AZ

Qarabağ”da heç bir boşluq yoxdu” Samir Abasov

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Misli premyer-liqasının 10-cu turunda “Neftçi” “Kəpəz”i darmadağın etdi - 5:1. “Football-plus.az” xəbər verir ki, Samir Abasov media önünə çıxıb. - Mövsümdə ən rahat qələbənizi qazandığınızı deyə bilərik? Abubakar haqqında fikirləriniz? - Abubakarın böyük rolu var. Təcrübəsi, klası bəllidi. Biz bütün oyunlarda istəkli idik. Bu mətbuat konfransını bir futbolçuya həsr edib digərlərini kölgəyə salmaq istəmirəm. - Qarşıda “Qarabağ”la derbi var. Müdafiələrində də boşluq görünür… - Heç bir boşluq yoxdu. “Qarabağ”a, Qurbana uğurlar arzu edirik. Həmişə onların yanındayıq. Derbi də maraqlı olacaq. İnanıram ki, hər iki komanda derbiyə layiq oynayacaq. - Oyunla bağlı narazı qaldığınız məqam oldu? - Ötürmə, driblinq keyfiyyəti bir az aşağı oldu. Amma qələbədi deyə göz yumursan. - Faraj sanki çox topla oynadı. - Sualın cavabıdı. Aşırı epizoda köklənirdilər. Təkmilləşdirmək istəyirik. Daha yaxşı edə bilərdik, alınmadı.MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
2
icma.az

3Mənbələr