Misli Premyer Liqasının X turunda bu gün "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, görüş saat 18:30-da başlayacaq.
Komandalar arasında xal fərqi 2-dir. "Araz-Naxçıvan" 16 xalla 4-cü, "Sumqayıt" isə 14 xalla 7-ci yerdədir.
Misli Premyer Liqası
2 noyabr (bazar)
18:30 “Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
M.H. adına Sumqayıt şəhər stadionu