AZ

Kişi şahmat millimiz gerilədi, qadınlar isə mövqeyini qorudu

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yenilənmiş milli yığmaların reytinq cədvəlini açıqlayıb. Sport24.az xəbər verir ki, siyahı hər ölkənin ən güclü on şahmatçısının orta göstəricisinə əsasən tərtib olunur.

Azərbaycanın kişi şahmat yığmasının orta reytinqi 2625 xal təşkil edir. Bu nəticə ilə komandamız bir pillə geriləyərək 8-ci yerə düşüb.

Qadınlardan ibarət millimiz isə əvvəlki mövqeyini qoruyub – 2299 xalla 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Kişilər arasında ABŞ (2729 xal), qadınlar arasında isə Çin (2496 xal) liderliyini davam etdirir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
sport24.az

2Mənbələr