Bunu "Şamaxı"nın braziliyalı müdafiəçisi Antonio Lara sportinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
- Qələbə barədə nələr deyə bilərsən?
- Kubokda əsas istəyimiz irəliləməyə davam etmək idi. Bununla bərabər olaraq rotasiyalar çox idi. Komandada çox oynamayanlara dəqiqələr verməklə vacib bir qələbə əldə etdik.
- Aşağı liqa təmsilçisini daha rahat məğlub etməyə nə mane oldu?
- Düşünürəm ki, təhlükəsiz oyun keçirdik. Oyunu idarə etdik və müdafiədə əziyyət çəkmədik. Bir az daha şanslı olsaydıq daha çox qol vura bilərdik.
- Liqada əsas məqsədiniz yerinizi qorumaqdır, bəs kubokda?
- Hər şey mümkündür, əvvəllər də bu vəziyyətdə olmuşam və mövsümü mənim üçün titulla başa çatıb. Əla komandamız var və mümkün qədər irəliləmək üçün mübarizə aparmağa davam edəcəyik.
- İlk dəfə əsas heyətdə yer aldın...
- Hər gün çox çalışıram və klub üçün əlimdən gələni edirəm. 90 dəqiqə oynamaq xoşdur və müntəzəm olaraq ilk on birlikdə yerimi haqq etmək üçün mübarizə aparacağam.